​Bakıdakı Avropa çempionatında azarkeş rekordu qeydə alınıb

​Bakıdakı Avropa çempionatında azarkeş rekordu qeydə alınıb Azərbaycan - Portuqaliya matçına 33 min tamaşaçı toplaşıb
Futbol
6 May , 2016 08:32
​Bakıdakı Avropa çempionatında azarkeş rekordu qeydə alınıb

Bakı. 6 may. REPORT.AZ/ 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatında yeni rekord qeydə alınıb. "Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilmiş A qrupunun Azərbaycan – Portuqaliya matçını 33 min azarkeş izləyib.

İndiyə qədər turnirdə ən çox azarkeş 2009-cu ildə Almaniyanın Maqdeburq şəhərində Almaniya və Hollandiya yığma komandaları arasında keçirilmiş final oyununda qeydə alınıb. Həmin matça 24 min azarkeş tamaşa edib.

Qeyd edək ki, Bakıdakı Avropa çempionatına Azərbaycan millisi böyük hesablı məğlubiyyətlə başlayıb - 0:5. 

Son xəbərlər

Orphus sistemi