Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının 1996-cı ildə İsveçrə yığma komandası üzərində qazandığı qələbəyə həsr olunmuş "26 dəqiqə" filminin təqdimat mərasimi keçirilib.
"Report"un xəbərinə görə, mərasimdə həmin vaxt Azərbaycan milli komandasında çıxış etmiş futbolçular, baş məşqçi Kazbek Tuayevlə yanaşı, AFFA-nın keçmiş prezidenti Fuad Musayev də iştirak edib.
Qeyd edək ki, filmi "CBC Sport" televiziya kanalı çəkib.