​Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib - SİYAHI

​Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib - SİYAHI Final mərhələsinin püşkatma mərasimi aprelin 8-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq
Futbol
4 Aprel , 2016 08:03
​Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib - SİYAHI

Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının bütün 16 iştirakçısı müəyyənləşib. "Report"un məlumatına görə, mayın 5-də start götürəcək yarışa sonuncu vəsiqəyə Avstriya sahib çıxıb.

Elit-raund mərhələsində 6-cı qrupda yer alan Avstriya son turda qrup lideri Fransanı məğlub edib - 2:1. Nəticədə bu ölkə xallarını 5-ə çatdırıb və autsayder Yunanıstanla matçda cəmi 1 xal itirdiyi üçün (0:0) 8 qrupun ikinciləri arasında an yaxşı nəticə göstərən 7 komandadan biri olub. Yalnız 7-ci qrupda 4 xalla 2-ci yeri tutan Polşa final mərhələsindən kənarda qalıb. Çünki bu komanda xallardan 3-ünü autsayder Makedoniya ilə qarşılaşmada əldə edib - 2:0.

Beləliklə, mayın 21-dək davam edəcək Avropa çempionatında bu komandalar yarışacaq:

1. Azərbaycan

2. Belçika

3. Portuqaliya

4. İsveç

5. İngiltərə

6. Ukrayna

7. İtaliya

8. Bosniya və Herseqovina

9. Almaniya

10. Hollandiya

11. Danimarka

12. Serbiya

13. Fransa

14. İspaniya

15. Şotlandiya

16. Avstriya.

Qeyd edək ki, final mərhələsinin püşkatma mərasimi aprelin 8-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi