​"Bakı" Rəhman Hacıyevlə problemini həll edib

​"Bakı" Rəhman Hacıyevlə problemini həll edib Mövsümün sonuna qədər nəzərdə tutulan anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilib
Futbol
13 Yanvar , 2015 12:21
​Bakı Rəhman Hacıyevlə problemini həll edib

Bakı. 13 yanvar. REPORT.AZ/ "Bakı" klubu futbolçu Rəhman Hacıyevlə yollarını rəsmən ayırıb. Bu barədə "Report"a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər nəzərdə tutulan anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib. Klub rəsmisi R.Hacıyevin istədiyi komandada çıxışı üçün heç bir problemin qalmadığını vurğulayıb: "Rəhman və meneceri irəli sürdüyümüz bütün şərtlərlə razılaşdı. Müvafiq sənədlər imzalandı. Biz eyni addımı komandamızın məşqlərinə qatılmayan və Klublar Komitəsinin qərarına istehza ilə yanaşan Nurlan Novruzovdan da gözləyirik".

Qeyd edək ki, Rəhman Hacıyev Nurlan Novruzovla birgə bir neçə gündür "Bakı"nın qış hazırlığına qatılmırdı. Onun sərbəst agent statusu aldıqdan sonra "Neftçi"yə keçəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi