Bakı Olimpiya Stadionunda turlara start verilib

Bakı Olimpiya Stadionunda turlara start verilib Elektromobillə tur böyüklər üçün 25, tələbələr üçün isə 20 manatadır
Futbol
26 Noyabr , 2015 18:10
Bakı Olimpiya Stadionunda turlara start verilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gündən Bakı Olimpiya Stadionunda turlara start verilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq stadionu yalnız rəsmi tədbirlər zamanı izləyici kimi görməklə yanaşı, arenanın digər hissələri ilə də yaxından tanış olmaq mümkündür.

Tur zamanı qonaqlar texniki otaqlara, konfrans zalına, skaybokslara, futbolçuların paltardəyişmə otaqlarına, oyun meydançasına və ehtiyat oyunçular skamyaları olan əraziyə girə bilərlər. Qrup şəklində olan 60 dəqiqəlik piyada turdan əlavə qonaqların elektromobillə fərdi turlar sifarişinə də şərait yaradılıb. Tur zamanı qonaqlar stadion barədə maraqlı məlumatlar və ictimaiyyət üçün nəzərdə tutulan gələcək planlarla yaxından tanış ola bilərlər.

Turlar həftənin bazar ertəsi və cümə günləri saat 12:00-dan 16:00-a qədər aparılacaq. Elektromobillə turlar isə maksimum 3 nəfər olmaqla, hər gün saat 11:00-dan 17:00-dəkdir. Turlar Azərbaycan, rus, ingilis və alman dillərində keçiriləcək. Qiymətlər böyüklər üçün 5 manat, tələbələr üçün 2 manat və 5-15 yaşlı uşaqlar üçün 1 manatdır. Bundan əlavə, bəzi güzəştlər də oluna bilər. Elektromobillə tur böyüklər üçün 25, tələbələr üçün isə 20 manat təşkil edir. 

Son xəbərlər

Orphus sistemi