Bakı Olimpiya Stadionunda küveytli hakimlərin təlim-məşq toplanışı başlayıb

Bakı Olimpiya Stadionunda küveytli hakimlərin təlim-məşq toplanışı başlayıb Məşqlər yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq
Futbol
18 Avqust , 2017 11:20
Bakı Olimpiya Stadionunda küveytli hakimlərin təlim-məşq toplanışı başlayıb

Bakı. 18 avqust. REPORT.AZ/ Küveyt Futbol Assosiasiyası hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması ilə bağlı AFFA-ya müraciət edib. 

"Report"un məlumatına görə, müraciət əsasında bu gündən Bakı Olimpiya Stadionunda küveytli hakimlərin toplanışı başlayıb. Sentyabrın 6-dək davam edəcək toplanış müddətində məşqlər yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq. 

Hazırlıq prosesinin yekununda test keçirilərək sertifikatlaşdırılma aparılacaq.

Son xəbərlər

Orphus sistemi