Yuxarı

Bakı Olimpiya Stadionunda "Çelsi"yə kubok təqdim olunub - YENİLƏNİB - FOTO

Bakı Olimpiya Stadionunda "Çelsi"yə kubok təqdim olunub

Bakıda UEFA Avropa Liqasının finalçıları - İngiltərənin "Çelsi" və "Arsenal" komandalarının mükafatlandırma mərasimi keçirilib.

"Report xəbər verir ki, qarşılaşmanın ardından təşkil olunan mükafatlandırmaya UEFA-nın rəhbəri Aleksander Çeferin, AFFA prezidenti Rövnəq Abdullayev və digər şəxslər qatılıblar.

Ənənəyə uyğun olaraq, əvvəlcə matçın hakimləri xatirə medallarını alıblar. Daha sonra "Arsenal" heyəti gümüş, "Çelsi" kollektivi isə qızıl medalla təltif olunub.

Avropa Liqasının kubokunu isə Çeferin "Çelsi"nin kapitanları Qari Keyhill və Sesar Aspilikuetaya təqdim edib.

Qeyd edək ki, final matçı "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Foto: Firi Səlim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi