Bakı Olimpiya Stadionuna sertifikat verilib

Bakı Olimpiya Stadionuna sertifikat verilib ESSMA Kamp Nou və Santyaqo Bernabeu stadionlarını da sertifikatlaşdırıb
Futbol
29 Dekabr , 2015 13:31
Bakı Olimpiya Stadionuna sertifikat verilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionuna Avropa Təhlükəsizlik və Stadionların İdarə olunması Assosiasiyası (ESSMA) tərəfindən sertifikat verilib. "Report"un məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb. 

ESSMA Avropada və qitənin hüdudlarından kənarda UEFA ilə birgə 150-dən artıq idman obyektinin idarəçiliyini bir araya gətirən qeyri-kommersiya təşkilatıdır. 1996-cı ildə təsis olunmuş assosiasiya Kommerzbank Arena, Türk Telekom Arena, Uembli, Kamp Nou, Santyaqo Bernabeu və s. stadionları sertifikatlaşdırıb. Təşkilatın nəzarəti altında stadionların idarə olunması ilə bağlı ixtisaslaşmış tədbirlər keçirilir və azarkeşlərin təhlükəsizliyi təmin edilir.

Son xəbərlər

Orphus sistemi