Bakı Olimpiya Stadionuna direktor təyin olunub

Bakı Olimpiya Stadionuna direktor təyin olunub Stadion AFFA-ya uzunmüddətli təmənnasız istifadəyə verilib
Futbol
21 Oktyabr , 2015 11:50
Bakı Olimpiya Stadionuna direktor təyin olunub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyi Bakı Olimpiya Stadionunu AFFA-ya uzunmüddətli təmənnasız istifadəyə verib. "Report"un məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə assosiasiyanın Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev Bakı Olimpiya Stadionuna direktor təyin olunub.

Qarayev Cavid Azər oğlu 1977-ci il sentyabrın 14-də anadan olub. O, Bakı Dövlət Universitetinin Sosiologiya və Psixologiya ixtisası, Rusiyanın San-Marino Universitetini Biznes və İdarəetmə ixtisası üzrə magistr dərəcəsi, American University in London (hazırda American Intercontinental University, London) “Biznesin idarə olunması” üzrə bakalavr dərəcəsi üzrə, eləcə də Londonda EF English First Language Məktəbini bitirib. Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.

MOST-BANK Azərbaycan (hazırda STANDARD-BANK) Kredit kartları üzrə baş mütəxəssis, Azərbaycan Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Borc Öhdəlikləri Bazarının tənzimlənməsi şöbəsində mütəxəssis, baş mütəxəssis və şöbə müdiri, Azərbaycan (BTC) Limited Bakı-Tbilisi-Ceyhan boru kəməri Əsas Maliyyə Mütəxəssisi, RAO Belrusneftegaz Neft və Qaz Servis və Tikinti üzrə Rusiya Şirkətinin Azərbaycan Nümayəndəliyinin Baş direktoru vəzifələrində çalışıb. 2007-ci ilin noyabrından AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Marketinq rəhbəri olub. UEFA-nın Marketinq Məsləhətverici Komitəsinin üzvü, FIFA-nın MA Xidmətləri və Peşəkarlıq Proqramının (MASP) konsultantıdır.

Ailəlidir, 2 övladı var.

Son xəbərlər

Orphus sistemi