Bakı Olimpiya Stadionu "Şapekoense"nin rənginə bürünüb - FOTO

Bakı Olimpiya Stadionu "Şapekoense"nin rənginə bürünüb - FOTO Faciəvi hadisə qurbanlarının xatirəsi Azərbaycanda da anılıb
Futbol
30 Noyabr , 2016 21:30
Bakı Olimpiya Stadionu Şapekoensenin rənginə bürünüb - FOTO

Bakı. 30 noyabr. REPORT.AZ/ Braziliyanın "Şapekoense" komandasını Kolumbiyaya aparan təyyarənin qəzaya uğradığı faciəvi hadisə qurbanlarının xatirəsi Azərbaycanda da anılıb.

"Report"un məlumatına görə, bununla əlaqədar Bakı Olimpiya Stadionu klubun rənginə boyanıb. Stadionun mətbuat katibi Cəmilə Sultanova arenanın yaşıl rəngə büründüyü görüntüsünü sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, "Şapekoense" "Atletiko Nasyonal"la Cənubi Amerika Kubokunun final matçına yollanarkən qəzaya düşüb. Təyyarənin 77 sərnişinindən yalnız 6-ı sağ qalıb. Dünyasını dəyişənlərdən 2-si - müdafiəçilər Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi