Yuxarı

Bakı Olimpiya Stadionu: "Qarabağ"ın imtinası ot örtüyünə görə deyil"

Stadion Slovanla oyunadək tam hazır olacaq

Bakı. 31 avqust. REPORT.AZ/ Bakı Olimpiya Stadionu (BOS) "Qarabağ" klubu tərəfindən bəyənilmədiyinə dair iddialara aydınlıq bildirib. Stadionun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində Çexiya "Slovan"ı ilə ilk ev oyununu digər səbəblərdən "Dalğa Arena"ya təyin edib. 

Yəni, BOS-un 70 min tamaşaçı tutumuna malik olması səbəbindən Azərbaycan çempionunun rəhbərliyi tribunaların tam dolmayacağı qənaətinə gəlib. Bununla belə, nəhəng stadionun adı Yunanıstan PAOK-u və İtaliya "Fiorentina"sı ilə növbəti ev oyunları üçün UEFA-ya göndərilib. Mətbuat xidmətindən o da bildirilib ki, hazırda renovasiya işlərinin aparıldığı stadionun ot örtüyü "Slovan"la ilk görüşün keçiriləcəyi tarixə - 15 sentyabra qədər hazır olacaq: "Bütün böyük arenalarda olduğu kimi Bakı Olimpiya Stadionunda da mövsüm əvvəli renovasiya, sulama və daraqlama işləri gedir. Bu proses "Qarabağ" nümayəndələrinin stadiona baxış keçirməsindən öncə başlayıb və 2 həftə davam edəcək. Bu isə o deməkdir ki, stadion 15 sentyabr "Qarabağ"- "Slovan" oyununa qədər tam hazır olacaq". 

Qeyd edək ki, "Qarabağ"ın avrokuboklarda ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü bərbad vəziyyətə düşüb. Hazırda ot örtüyündə təmir işləri aparılır. "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Bakı Olimpiya Stadionundakı vəziyyətin Respublika stadionunun durumundan fərqlənmədiyini bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi