Yuxarı

Bakı Olimpiya Stadionu Azərbaycan-Belarus yoldaşlıq matçında yenilik tətbiq edəcək

Bakı Olimpiya Stadionu Azərbaycan-Belarus yoldaşlıq matçında yenilik tətbiq edəcək
Məqsəd ailəli azarkeşlərin oyunu rahat şəkildə izləməsinə şərait yaratmaqdır

Bakı. 8 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasındakı yoldaşlıq matçı zamanı ailəli azarkeşlər üçün xüsusi sektor yaradılacaq. 

Bu barədə “Report”a Bakı Olimpiya Stadionunun İctimaiyyətlə əlaqələr və media departamentinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib. 

Onun sözlərinə görə, həmin sektorda yalnız ailəli azarkeşlər əyləşəcəklər: “Hazırda fəal surətlə çalışırıq. Martın 23-də futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq matçı olacaq. Biz qərara gəldik ki, xanımlar və uşaqlar üçün stadiona gəlməməyə hansısa bir səbəb olmasın. Bu oyun üçün ailə sektoru yaradırıq. Bu sektorda yalnız ailəli azarkeşlər əyləşəcək. Atalar və analar futbola baxarkən uşaqlar əylənəcəklər. Onlar üçün xüsusi yer olacaq. Həmin oyunda peşəkar dayələr fəaliyyət göstərəcək. Dayələr oyundan bir saat əvvəl və yarım saat sonra uşaqlara baxacaq". 

Qeyd edək ki, Azərbaycan – Belarus matçı saat 20:00-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi