Yuxarı

​"Bakı"nın sabiq baş məşqçisinin "Qalatasaray"la müqavilə müddəti müəyyənləşib

Bülent Korkmaz Mustafa Dənizlini əvəzləyəcək

Bakı. 15 mart. REPORT.AZ/ Mustafa Dənizlini baş məşqçi postundan istefaya göndərən Türkiyənin "Qalatasaray" klubu bir müddət "Bakı"da çalışmış Bülent Korkmazla 3.5 illik müqavilə imzalayacaq. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub prezidenti Dursun Özbek Korkmazla görüşüb və razılıq əldə olunub.

Baş məşqçinin heç bir şərt irəli sürmədən təklifi qəbul etdiyi bildirilir. Sabiq "Qalatasaray"lı rəhbərliklə məşqçilər korpusunun tezliklə formalaşması haqda danışıb və klub bu təklifi qəbul edib. İddiala əsasən, 47 yaşlı mütəxəssis Türkiyə Super Liqasının XXVI turunda "Fənərbağça" ilə ev oyununda komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, futbolçu kimi 21 il (1984 - 2005) "Qalatasaray"da çalışmış Bülent Korkmaz baş məşqçi kimi 2009-cu ilin fevralında bu komandaya gəlib. Elə həmin ilin iyununda o, İstanbul təmsilçisi ilə yollarını ayıraraq, fəaliyyətini "Bakı"da davam etdirib. B.Korkmaz 2010-cu ilin martında isə "Bakı" ilə vidalaşıb və bundan sonra baş məşqçi kimi Türkiyənin "Karabükspor", "Başakşehir", Erciyespor" və "Mersin İdman Yurdu" klublarında çalışıb. Mustafa Dənizli isə 2013-cü il dekabrın 3-dən 2014-cü il mayın 16-dək "Xəzər Lənkəran"a rəhbərlik edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi