"Bakı"nın sabiq baş məşqçisi Türkiyə klubundakı vəzifəsindən istefa verib

"Bakı"nın sabiq baş məşqçisi Türkiyə klubundakı vəzifəsindən istefa verib Türkiyə Super Liqasında çıxış edən Antalyaspor komandasının baş məşqçisi Bülent Korkmaz istefa verib.
Futbol
12 Noyabr , 2019 19:30
Bakının sabiq baş məşqçisi Türkiyə klubundakı vəzifəsindən istefa verib

Türkiyə Super Liqasında çıxış edən "Antalyaspor" komandasının baş məşqçisi Bülent Korkmaz istefa verib.

"Report"un məlumatına görə, bu barədə 51 yaşlı mütəxəssis rəsmi "Instagram" hesabında paylaşım edib. O, klub rəhbərliyinə təşəkkür etdiyini bildirib.

Qeyd edək ki, Bülent Korkmaz 2018-ci ilin iyun ayından "Antalyaspor"a rəhbərlik edib. O, 2009-2010 mövsümündə Azərbaycanda "Bakı" klubunun baş məşqçisi olub. 

"Antalyaspor" 11 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi