Yuxarı

"Bakı"nın bazasındakı meydançalar avqustun sonlarınadək qaydasına düşəcək

Yaşar Seyidov: Bakının stadionları olmasaydı, dünya çempionatı Azərbaycandan alınacaqdı

Bakı. 22 iyul. REPORT.AZ/ "Bakı"nın bazasındakı hazırda pis vəziyyətdə olan meydançalar avqustun sonlarınadək qaydasına düşəcək. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında klubun icraçı direktoru Yaşar Seyidov deyib. "Artıq yeni şirkətlə əməkdaşlığa başlamışıq. Tezliklə işlərə başlanılacaq. Stadionların saxlanılması maliyyə baxımından asan məsələ deyil. Amma biz çalışırıq ki, bu məsələni öz imkanlarımız hesabına həll edək", - o deyib.

Y.Seyidov qeyd edib ki, "Bakı"nın bazasındakı stadionlar olmasaydı, 17 yaşadək qızlar arasında dünya çempionatı 2012-ci ildə Azərbaycandan alınaraq Macarıstana veriləcəkdi. 

O bildirib ki, 2012-ci ildə UEFA və FİFA prezidentləri ilə görüşdə bazadakı stadionların qısa müddətə hazır olacağına söz verilib. Bundan sonra Hollandiya şirkəti ilə danışıqlar apararaq, meydançaların dünya çempionatına qatılacaq komandaların məşqləri üçün hazırlanması təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi