"Bakı"nın apellyasiya şikayətinə baxılmayıb

"Bakı"nın apellyasiya şikayətinə baxılmayıb AFFA-nın Lisenziya Komissiyası klubun apellyasiya şikayətinə baxılmasını məqsədəuyğun saymayıb
Futbol
19 May , 2015 20:04
Bakının apellyasiya şikayətinə baxılmayıb

Bakı. 19 may. REPORT.AZ/ Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclasında 2015-16-cı il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

"Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin lisenziya almamış klubların 10 gün ərzində apellyasiya şikayəti vermək hüququ var. Mayın 19-u şikayətin verilməsi üçün son gün olub və yalnız bu gün saat 16:30-da "Bakı" futbol klubu tərəfindən apellyasiya şikayəti daxil olub.

Apellyasiya şikayətində Lisenziya Komissiyasının qərarının hansı bəndi ilə razı olmadıqları, əlavə heç bir təsdiqedici sənəd təqdim etmədikləri, həmçinin “Azərbaycan Futbol “Premyer Liqası”nda iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”ın müvafiq prosedur tələblərinə riayət etmədikləri üçün "Bakı" futbol klubunun apellyasiya şikayətinə baxılması məqsədəuyğun hesab edilməyib.

Son xəbərlər

Orphus sistemi