​"Bakı"nın 2 legioneri düşərgəyə qoşulmayıb

​"Bakı"nın 2 legioneri düşərgəyə qoşulmayıb Pelagias və Ristoviç müəyyən maliyyə şərtləri irəli sürüblər
Futbol
9 Yanvar , 2015 20:53
​Bakının 2 legioneri düşərgəyə qoşulmayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın "Bakı" klubunun 2 legioner futbolçusu hələ də komandanın düşərgəsinə qoşulmayıb. Bu barədə "Report"a klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.

Bugünkü məşqin baş məşqçi İbrahim Uzuncanın rəhbərliyi altında baş tutduğunu bildirən Y.Seyidov legionerlərdən Jaba və Georgios Pelagiasın düşərgəyə yanvarın 10-da qoşulacaqlarını söyləyib. 

Klub rəsmisi Lukas Mario Horvat və Risto Ristoviçin hələ Bakıya gəlmədiklərini deyib. O, legionerlərin gəlməməsini maliyyə məsələsinin açıq qalması ilə əlaqələndirib.

Qeyd edək ki, Pelagias və Ristoviç müəyyən maliyyə şərtləri irəli sürüblər. Onlar yerinə yetirilsə, hər iki legioner "Bakı"ya qayıdacaq.

Son xəbərlər

Orphus sistemi