​"Bakı" klubunun sabiq futbolçusu Maris Verpakovskis karyerasını başa vurub

​"Bakı" klubunun sabiq futbolçusu Maris Verpakovskis karyerasını başa vurub O, 2011-2012-ci illərdə Azərbaycanda top qovub
Futbol
8 Noyabr , 2015 23:45
​Bakı klubunun sabiq futbolçusu Maris Verpakovskis karyerasını başa vurub

Bakı. 8 noyabr. REPORT.AZ/ Futbol üzrə Latviya yığmasının yeni tarixində ən yaxşı bombardiri və "Bakı" klubunun sabiq hücumçusu Maris Verpakovskis noyabrın 7-də oyunçu karyerasını rəsmən başa vurub.

"Report" xəbər verir ki, onun son klubu doğma "Liepaya" olub.

"Liepaya" ölkə çempionatının son turunda "Dauqavpils"i qəbul edib və 36 yaşlı Verpakovskis 52-ci dəqiqədə meydana çıxıb. Rəmzi haldır ki, artıq bir neçə dəqiqədən sonra onun komandası oyunda yeganə topu vura bilib və yekunda qələbə qazanıb - 1:0.

Maris Verpakovskis karyerası ərzində Azərbaycandan başqa Latviya ("Baltika", "Metallurq", "Skonto", "Liepaya"), Ukrayna ("Dinamo" Kiyev), İspaniya ("Xetafe", "Selta"), Xorvatiya ("Hayduk") və Yunanıstanda ("Erqotelis") oynamağa macal tapıb.

Futbolçu "Bakı" klubu ilə 2011-ci ildə 1+1 sxemi üzrə müqavilə imzalayıb və 1-ci mövsümdə 19 oyuna 3 dəfə fərqlənə bilib.

Son xəbərlər

Orphus sistemi