"Bakı" klubunun sabiq baş məşqçisi İran komandasına rəhbərlik edəcək

"Bakı" klubunun sabiq baş məşqçisi İran komandasına rəhbərlik edəcək "İstiqlal" Vinfrid Şeferlə bağlı tezliklə qərar verəcək
Futbol
3 Oktyabr , 2017 09:41
Bakı klubunun sabiq baş məşqçisi İran komandasına rəhbərlik edəcək

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Bakı" klubunun sabiq baş məşqçisi Vinfrid Şefer İranın "İstiqlal" komandasının sükanı arxasına keçəcək. 

"Report"un məlumatına görə, bu barədə almaniyalı mütəxəssisin özü DPA-ya açıqlamasında bildirib.

O, hazırda danışıqların davam etdiyini əlavə edib. Şefer müqavilənin tezliklə imzalanma ehtimalının yüksək olduğunu söyləyib: "Məşqçi kimi hər gün meydana dönmək istəyirəm. İran çempionatı çox yaxşı liqadır".

Bir neçə gün əvvəl "İstiqlal"ın baş məşqçi postuna əsas namizəd kimi Türkiyə millisindən ayrılan Fatih Terim göstərilib.

Qeyd edək ki, Vinfrid Şeferin son iş yeri Yamayka millisi (2013 - 2016) olub. 67 yaşlı mütəxəssis 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək "Bakı"nın baş məşqçisi kimi çalışıb. 

Son xəbərlər

Orphus sistemi