Anar Məmmədov: “Bakı” klubunda vəziyyət ürəkaçan deyil”

Anar Məmmədov: “Bakı” klubunda vəziyyət ürəkaçan deyil” Buna səbəb klubun prezidenti Hafiz Məmmədovun son vaxtlar üzləşdiyi problemlərdir"
Futbol
26 Dekabr , 2016 19:16
Anar Məmmədov: “Bakı” klubunda vəziyyət ürəkaçan deyil”

Bakı. 26 dekabr. REPORT.AZ/ “Bakı” futbol klubunun fəxri prezidenti Anar Məmmədov komandanın hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb. 

“Report”un məlumatına görə, o, jurnalislərə açıqlamasında paytaxtın eyniadlı təmsilçisində vəziyyətin ürəkaçan olmadığını söyləyib. 

Anar Məmmədov buna səbəb kimi klubun prezidenti Hafiz Məmmədovun son vaxtlar üzləşdiyi problemləri göstərib: “Hafiz müəllimin üzləşdiyi xoşagəlməz hadisələr klubu bir qədər zəiflədib. Amma yəqin ki, H.Məmmədov gələcəkdə klubun inkişafı üçün səylərini əsirgəməyəcək, vəziyyət düzələcək”.

Son xəbərlər

Orphus sistemi