"Bakı" klubu Azərbaycan Premyer Liqasında çıxış edə bilər

"Bakı" klubu Azərbaycan Premyer Liqasında çıxış edə bilər Hafiz Məmmədov bununla bağlı görüşdədir
Futbol
22 İyul , 2015 12:27
Bakı klubu Azərbaycan Premyer Liqasında çıxış edə bilər

Bakı. 22 iyul. REPORT.AZ/ "Bakı" klubu Azərbaycan Premyer Liqasında çıxış edə bilər. "Report" xəbər verir ki, bu barədə klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.

Y.Seyidov qeyd edib ki, hazırda "Bakı"nın prezidenti Hafiz Məmmədov bununla bağlı görüşdədir: "Görüşdə komandanın Premyer Liqa, yoxsa I divizionda iştirakı məsələsi həll oluna bilər. Dünən də müəyyən şəxslərlə bu istiqamətdə danışıqlar aparılıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə danışmışıq".

Klub rəsmisi növbəti mövsüm yenidən iddialı olacaqlarını da əlavə edib: "Bir neçə tanınmış futbolçu ilə danışmışıq. Onların hələlik adlarını çəkmək istəmirəm. Premyer Liqa məsələmiz həll olunsa, onları transfer edəcəyik".

Son xəbərlər

Orphus sistemi