Yuxarı
    Bağlamaq

    Bakı "İnter"inin yeni prezidenti komandanın taleyinə aydınlıq gətirib

    Azər Əliyev: Söz-söhbətlərə, klubda problemlərin olduğunu deyənlərə inanmaq lazım deyil

    Bakı. 5 yanvar. REPORT.AZ/ Bakı "İnter"inin yeni prezidenti Azər Əliyev bu gündən qış hazırlıqlarına başlayan komanda ilə görüşüb. Bu barədə "Report"a klubun baş məşqçisi Zaur Svanadze məlumat verib. 

    Onun sözlərinə görə, gənc funksioner toplantıda "İnter"lə bağlı son günlər dolaşan şayiələrə aydınlıq gətirib: "Azər müəllim dedi ki, komandada vəziyyət sabitdir. Söz-söhbətlərə, "İnter"də problemlərin olduğunu deyənlərə inanmaq lazım deyil. Hələlik hər şey normaldır". 

    Svanadze yanvarın 10-da Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlarını da əlavə edib. O, toplanış zamanı 3-4 yoxlama matçı keçirməyi planlaşdırdıqlarını vurğulayıb: "Hələlik potensial rəqiblər arasından seçim aparırıq. Rəqiblərimizin adlarına sabahadək tam aydılıq gələcək". 

    Qeyd edək ki, "İnter"in bugünkü məşqinə yalnız Ağabala Ramazanov qatılmayıb. O, "Qarabağ"a transfer olunub. Komandadan ayrılacağı bildirilən daha bir futbolçu - Ruslan Abışov isə hazırlıq prosesində iştirak edib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi