Bakı "İnter"inin sabiq baş məşqçisi Qazaxıstanda qeyri-etik jestlə gündəmə gəlib - VİDEO

Bakı "İnter"inin sabiq baş məşqçisi Qazaxıstanda qeyri-etik jestlə gündəmə gəlib - VİDEO Kaxaber Tsxadadze Azərbaycanda etdiyi hərəkəti "Kayrat"ın oyununda təkrarlayıb
Futbol
18 İyul , 2017 12:10
Bakı İnterinin sabiq baş məşqçisi Qazaxıstanda qeyri-etik jestlə gündəmə gəlib - VİDEO

Bakı. 18 iyul. REPORT.AZ/ Hazırda Qazaxıstan "Kayrat"ının baş məşqçi vəzifəsində çalışan Kaxaber Tsxadadze qeyri-etik jesti ilə gündəmə gəlib. "Report"un məlumatına görə, hadisə ölkə çempionatının XIX turunda "Akjayık"la səfər oyunu zamanı baş verib.

87-ci dəqiqədə "Kayrat"ın qapıçısı Stas Pokatilov Yuri Pertsuxanın penalti zərbəsini dəf edib. Gürcüstanlı mütəxəssis bu zaman üzünü meydan sahiblərinin azarkeşlərinə çevirərək, xoşagəlməz hərəkətə yol verib.

Qeyd edək ki, Kaxaber Tsxadadze "İnter"də çalışdığı vaxt da analoji davranış sərgiləyib. Hətta onun "Xəzər Lənkəran"la görüşdə qeyri-etik jesti rəqib komandanın baş məşqçisi Yunis Hüseynovun kəskin reaksiyasına və tərəflər arasında mübahisəyə səbəb olub.  

Son xəbərlər

Orphus sistemi