Bakı "İnter"inin sabiq baş məşqçisi Qazaxıstan komandası ilə anlaşıb

Bakı "İnter"inin sabiq baş məşqçisi Qazaxıstan komandası ilə anlaşıb Kaxaber Tsxadadze ilə rəsmi müqavilə yaxın günlərdə açıqlanacaq
Futbol
5 Aprel , 2016 08:57
Bakı İnterinin sabiq baş məşqçisi Qazaxıstan komandası ilə anlaşıb

Bakı. 5 aprel. REPORT.AZ/ Bakı "İnter"inin sabiq baş məşqçisi Kaxaber Tsxadadze Qazaxıstanın "Kayrat" futbol komandasına baş məşqçi təyin olunub. "Report"un məlumatına görə, bu barədə 48 yaşlı mütəxəssisin köməkçisi Georgi Çixradze açıqlama verib.

K.Tsxadadze bir neçə gün öncə klubun "Besaqaş" bazasına baş çəkib. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Gürcüstanlı mütəxəssis yeni vəzifədə Aleksandr Borodyuku əvəzləyib. Bu mövsüm "Kayrat" ilk 3 turda cəmi 1 xal toplayıb və hazırda 9-cu pillədədir.

Qeyd edək ki, Kaxaber Tsxadadze 2009 - 2014-cü illərdə "İnter"in sükanı arxasında olub. Onun son iş yeri 2014-cü ilin noyabrından 2016-cı ilin fevralınadək rəhbərlik etdiyi Gürcüstan yığması olub. 

Son xəbərlər

Orphus sistemi