Bakı "İnter"inin rəqibi 5 yeni hücumçu transfer edib

Bakı "İnter"inin rəqibi 5 yeni hücumçu transfer edib "Mladost" yoxlama matçında heç-heçə edib
Futbol
20 İyun , 2017 11:04
Bakı İnterinin rəqibi 5 yeni hücumçu transfer edib

Bakı. 20 iyun. REPORT.AZ/ Bakı "İnter"inin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Serbiya "Mladost"u hücum xəttini 5 yeni futbolçu ilə gücləndirib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Bismark Apia, Husnidin Qafurov, Nenad Marinkoviç, İvan Markoviç və Uroş Sindziçdir. Apia Qana, Qafurov Özbəkistan yığmasının üzvü, qalanları isə serbiyalıdırlar.

Hazırda Serbiyanın İvanitsa bölgəsində təlim-məşq toplanışında olan "Mladost" ilk yoxlama matçını keçirib. Yerli "Yavor" komandası ilə görüşdə qalib müəyyənləşməyib - 1:1. Luçani təmsilçisinin qolunu 47-ci dəqiqədə yeni transfer Marinkoviç vurub. O, Sindziçlə birgə meydana ikinci hissədə daxil olub. Qafurov və Markoviç start heyətdə yer aldığı halda, Apia ümumiyyətlə meydana çıxmayıb.

Qeyd edək ki, "İnter" "Mladost"la ilk görüşü iyunun 29-da səfərdə, cavab görüşünü isə iyulun 6-da "Bakcell Arena"da keçirəcək.  

Son xəbərlər

Orphus sistemi