Yuxarı
    Bağlamaq

    Bakı "İnter"inin Müşahidə Şurasına yeni sədr təyin olunub

    Bu vəzifə Azərbaycan Futzal Federasiyasının prezidentinə tapşırılıb

    Bakı. 27 aprel. REPORT.AZ/ Bakının "İnter" Peşəkar İdman Klubunun Müşahidə Şurasına yeni sədr təyin edilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, AFFA İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovdur. 

    Bu yaxınlarda klubun idarəçiliyi Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış müqaviləyə uyğun olaraq AFFA-ya verilib. AFFA tərəfindən “İnter”ə səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə icraçı direktor vəzifəsini icra edəcək.

    Qeyd edək ki, "İnter"in Müşahidə Şurasının əvvəlki sədri almaniyalı Yohann Enqbrext olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi