Yuxarı

Bakı "İnter"inin gürcüstanlı baş məşqçisi şəhid ailələrinə və Azərbaycan xalqına başsağlığı verib

Zaur Svanadze cəbhədəki döyüşlər nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmalarından böyük üzüntü duyduğunu bildirib

Bakı. 5 aprel. REPORT.AZ/ Bakının "İnter” futbol komandasının baş məşqçisi Zaur Svanadze başsağlığı verib. "Report"un məlumatına görə, gürcüstanlı mütəxəssis klubun saytına müsahibəsinə son günlər cəbhədəki döyüşlər nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmalarından böyük üzüntü duyduğunu bildirib. 

O, həlak olmuş hərbçilərin ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. 

Qeyd edək ki, Zaur Svanadze aprelin 3-də "Qəbələ" ilə Premyer Liqa qarşılaşmasından sonra siyasətdən danışmaq istəmədiyini bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi