Yuxarı

Bakı "İnter"inin futbolçusu ilk dəfə Gürcüstan millisinə dəvət alıb

Kaxaber Tsxadadze əvvəllər Azərbaycan Premyer Liqasında çıxış etmiş daha 4 oyunçunu yığmaya çağırıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Gürcüstan milli komandasının Şotlandiya və İrlandiya ilə AVRO-2016-nın seçmə qrup matçları üçün heyəti açıqlanıb. "Report"un Gürcüstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Kaxaber Tsxadadze sabiq klubu Bakı "İnter"indən 2 futbolçuya dəvət göndərib.

Bunlar müdafiəçi Zurab Xizanişvili ilə yarımmüdafiəçi Nika Kvekveskiridir. Kvekveskiri yığmaya ilk dəfə çağırılan 3 oyunçudan biridir. Ümumilikdə, qarşıdakı matçlara 24 futbolçu dəvət alıb. Onların arasında əvvəllər Azərbaycanın müxtəlif klublarında çıxış etmiş müdafiəçilər Georgi Navalovski, Georgi Popxadze və Aleksandr Amisulaşvili, həmçinin hücumçu Baçana Tsxadadze də var.

Qeyd edək ki, D qrupunda yer alan Gürcüstan millisi sentyabrın 4-də Şotlandiyanı qəbul etdikdən 3 gün sonra İrlandiyanın qonağı olacaq. 6 turdan sonra qonşu ölkə yığmasının hesabında cəmi 3 xal var.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi