Yuxarı

Bakı "İnter"inin baş məşqçisi İslandiya komandası ilə Avroliqa oyunu üçün şansları dəyərləndirib

Zaur Svanadze: Sabah hər iki tərəf üçün maraqlı oyun olacaq

Bakı. 15 iyul. REPORT.AZ/ Bakının "İnter" komandasının baş məşqçisi Zaur Svanadze Avropa Liqasının II təsnifat mərhələsində İslandiyanın "Hafnafyördur" komandası ilə səfər matçı öncəsi mətbuat konfransı keçirib. "Report"un məlumatına görə, "Kaplakriki” stadionunda baş tutan jurnalistlərlə görüşdə gürcüstanlı mütəxəssis komandasının heyətindəki yeni futbolçulara rəğmən, oyundan sərfəli nəticə ilə ayrılmaq istədiklərini bildirib. 

"Rəqibin son oyunlarını izləmişik. Şanslar bərabərdir. Sabah hər iki tərəf üçün maraqlı oyun olacaq" deyə Z.Svanadze vurğulayıb. Mətbuat konfransında "İnter"in kapitanı Səlahət Ağayev də iştirak edib.

Qeyd edək ki, bu gün "İnter" komandası oyunöncəsi məşq edəcək. Məşq Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək. Görüş isə iyulun 16-da yerli vaxtla saat 20:15-də (Bakı vaxtı ilə iyulun 17-də saat 00:15-də) baş tutacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi