Bakı "İnter"inə FİFA tərəfindən qoyulan transfer qadağası cəzası yerinə yetirilib

Bakı "İnter"inə FİFA tərəfindən qoyulan transfer qadağası cəzası yerinə yetirilib Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb
Futbol
27 Sentyabr , 2016 12:35
Bakı İnterinə FİFA tərəfindən qoyulan transfer qadağası cəzası yerinə yetirilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakının "İnter" futbol klubunun növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulub. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında FİFA-nın sentyabrın 6-da ünvanladığı məktuba əsasən qərar çıxarılıb. 

AFFA-ya göndərilmiş həmin məktubda FİFA-nın Nizam-İntizam Komitəsinin “İnter” haqqında mayın 26-da qərar qəbul edildiyi göstərilib. “İnter”in keçmiş futbolçusu Yohan Bokonyano ilə bağladığı müqavilənin şərtlərinə əməl etməməsi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulub. 

Son xəbərlər

Orphus sistemi