Bakı finalının qalibi İtaliya klubuna icarəyə verilib

Bakı finalının qalibi İtaliya klubuna icarəyə verilib İngiltərənin Çelsi klubu futbolçusu Davide Zappakostanı icarəyə verib.
Futbol
21 Avqust , 2019 14:59
Bakı finalının qalibi İtaliya klubuna icarəyə verilib

İngiltərənin "Çelsi" klubu futbolçusu Davide Zappakostanı icarəyə verib.

"Report"un məlumatına görə, 27 yaşlı cinah müdafiəçisi bir il ərzində İtaliyanın "Roma" kollektivində çıxış edəcək. İtaliyalı oyunçu artıq yeni klubunda tibbi müayinədən də keçib.

Qeyd edək ki, Zappakosta 2017-ci ildən "Çelsi"nin formasını geyinir. O, bu il London təmsilçisinin heyətində finalı Bakı Olimpiya Stadionunda reallaşan Avropa Liqasının qalibi olub. Həmin görüşdə "Çelsi" İngiltərənin digər klubu "Arsenal"ı 4:1 hesabı ilə üstələyib. 

Son xəbərlər

Orphus sistemi