​Bakı derbisi "Neftçi"nin məğlubiyyəti ilə başa çatıb - FOTO

​Bakı derbisi "Neftçi"nin məğlubiyyəti ilə başa çatıb - FOTO Premyer Liqanın II turuna yekun vurulub
Futbol
17 Avqust , 2015 23:10
​Bakı derbisi Neftçinin məğlubiyyəti ilə başa çatıb - FOTO

Bakı. 17 Avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son qarşılaşmasında iki Bakı klubu - "İnter" və "Neftçi" üz-üzə gəlib.

"İnter Arena"da baş tutan oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda yeganə qolu Denis Silva Cruz vurub. Hər iki komandanın heyətində bir futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Azərbaycan Premyer Liqası. II tur

"İnter" - "Neftçi" - 1:0

Qol: Denis Silva Cruz, 45 (1:0)

Foto: İsmayıl Nur

Son xəbərlər

Orphus sistemi