Bakıda Avropa çempionatının seçmə qrup mərhələsinin oyunları start götürür

Bakıda Avropa çempionatının seçmə qrup mərhələsinin oyunları start götürür Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin ilk rəqibi Ukraynadır
Futbol
10 Noyabr , 2015 11:57
Bakıda Avropa çempionatının seçmə qrup mərhələsinin oyunları start götürür

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yer aldığı AVRO-2016-nın 5-ci seçmə qrupunda mübarizəyə start veriləcək. "Report"un məlumatına görə, Azərbaycan, Türkiyə, Ukrayna, Bosniya və Herseqovina yığmalarının çıxış edəcəyi qrupun bütün oyunları Bakıda keçiriləcək.  

Baş məşqçi Nazim Süleymanovun komandası ilk turda Ukrayna ilə qarşılaşacaq. "Bayıl Arena"da keçiriləcək qarşılaşmanın baş hakimi norveçli Tore Hansen olacaq. Günün ilk görüşündə isə Türkiyə ilə Bosniya və Herseqovina milliləri qarşılaşacaq. U-19 növbəti oyununu noyabrın 12-də Türkiyəyə qarşı keçirəcək. 3 gün sonra isə rəqib Bosniya və Herseqovina millisi olacaq. Qrupdakı görüşlərdən 5-i "Bayıl Arena"da, sonuncu turun Ukrayna - Türkiyə qarşılaşması isə "Dalğa Arena"da baş tutacaq.


AVRO-2016, 5-ci qrup, I tur

14:00. Türkiyə - Bosniya və Herseqovina

Bayıl stadionu

Baş hakim: Nikolas Raynviy (Fransa)

Baş hakimin köməkçiləri: Frederik Haket (Fransa), Mübariz Haşımov (Azərbaycan)

Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan)

UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)

Hakim-inspektor: Andrey Sipaylo (Latviya)

18:00. Ukrayna (U-19) - Azərbaycan (U-19)

Baş hakim: Tore Hansen (Norveç)

Baş hakimin köməkçiləri: Oysteyn İtterland (Norveç), Neeme Neemlayd (Estoniya)

Dördüncü hakim: Eyko Saar (Estoniya)

UEFA nümayndəsi: Marton Esterhazi (Macarıstan)

Hakim-inspektor: Stefen Qrem Bennett (İngiltərə)

Qeyd edək ki, reqlamentə əsasən, 13 qrupda ilk 2 yerin sahibi və ən yaxşı göstəriciyə malik 3-cü komanda elit-raunda vəsiqə qazanacaq. Növbəti mərhələdə isə ən yüksək reytinqə malik İspaniyanın da iştirakı ilə 28 komandadan ibarət qrup oyunları keçiriləcək. Qrup qalibləri təşkilatçı ölkə Almaniyanın da iştirak edəcəyi və 11 - 24 iyul 2016-cı ildə keçiriləcək final mərhələsinə yüksələcəklər. 

Son xəbərlər

Orphus sistemi