Yuxarı

"Bakı 2015" Avstraliyada da yayımlanacaq

I Avropa Oyunları ilə əlaqədar bağlanılmış yayım müqavilələrinin sayı 57-yə çatıb

Bakı. 9 avqust. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avstraliyanın Olimpiya Oyunlarının teleyayımçısı “Seven Network” kanalı ilə müqavilə imzalayıb. 

"Report"un məlumatına görə, Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı kanalı I Avropa Oyunlarının ölkə üzrə 8.4 milyon evə gündəlik yayımını öhdəsinə götürüb. 

“Seven Network” kanalı 2007-ci ildən ölkənin ən reytinqli televiziya kanalıdır. Bu telekanalla bağlanmış müqavilə Avropa teleyayımçıları ilə yanaşı, ABŞ, Kanada, Hindistan, Çin və ərəb ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın hər yerində Oyunların daha çox tamaşaçı kütləsi tərəfindən izlənilməsini təmin edir.

Qeyd edək ki, bu sazişlə "Bakı-2015" I Avropa Oyunları bağlanmış yayım müqavilələrinin sayını 57-yə çatdırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi