"Bakı 2015" Avstraliyada da yayımlanacaq

"Bakı 2015" Avstraliyada da yayımlanacaq I Avropa Oyunları ilə əlaqədar bağlanılmış yayım müqavilələrinin sayı 57-yə çatıb
Futbol
9 Aprel , 2015 16:44
Bakı 2015 Avstraliyada da yayımlanacaq

Bakı. 9 avqust. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avstraliyanın Olimpiya Oyunlarının teleyayımçısı “Seven Network” kanalı ilə müqavilə imzalayıb. 

"Report"un məlumatına görə, Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı kanalı I Avropa Oyunlarının ölkə üzrə 8.4 milyon evə gündəlik yayımını öhdəsinə götürüb. 

“Seven Network” kanalı 2007-ci ildən ölkənin ən reytinqli televiziya kanalıdır. Bu telekanalla bağlanmış müqavilə Avropa teleyayımçıları ilə yanaşı, ABŞ, Kanada, Hindistan, Çin və ərəb ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın hər yerində Oyunların daha çox tamaşaçı kütləsi tərəfindən izlənilməsini təmin edir.

Qeyd edək ki, bu sazişlə "Bakı-2015" I Avropa Oyunları bağlanmış yayım müqavilələrinin sayını 57-yə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi