Yuxarı

AFFA Klublar Komitəsi İşçi Qrup yaradıb

Fikrət Hüseynov: Legioner limitinin azaldılmaması bizi məyus etdi

Bakı. 19 aprel. REPORT.AZ/ AFFA Klublar Komitəsi İcraiyyə Komitəsinin iclasında qəbul olunmayan təkliflərini bugünkü iclasda müzakirə edib. Bu barədə "Report"a KK sədri Fikrət Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, hazırda legioner rüsumunun azaldılmasına ciddi ehtiyac var: "Biz Klublar Komitəsi olaraq, 5-6 aydır bu məsələni müzakirə edirik. İcraiyyə Komitəsinin iclasından əvvəl düşünürdük ki, təklifimiz qəbul olunacaq. Amma təəssüf ki, qəbul olunmadı. Bugünkü iclasda AFFA-nın baş katibi Elxan Məmmədov bununla bağlı İşçi Qrupun yaradılmasını təklif etdi. Biz də - mən, Elnur Məmmədov, Fariz Nəcəfovdan ibarət İşçi Qrup yaratdıq. Hamımız birgə bir həftə - on gün ərzində Məmmədovla görüşəcək və kompromis mexanizmlərimizi ona təqdim edəcəyik. Bundan sonra İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov, İsgəndər Cavadov və ola bilsin Qurban Qurbanovla da görüşəcəyik. Eyni zamanda, İcraiyyə Komitəsi yenidən yığışanda fikirlərimizi bildirəcəyik".

F.Hüseynov bildirib ki, Azərbaycan Super Kuboku uğrunda oyunun keçirilməsi barədə məsələ isə müzakirə olunmayıb: "Bununla bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşəcəyik".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi