"Qəbələ" - "Maynts" oyunu üçün "Bakcell Arena" hazırdır

"Qəbələ" - "Maynts" oyunu üçün "Bakcell Arena" hazırdır Bu barədə stadionun direktoru Tələt Məmmədov məlumat verib
Futbol
28 Sentyabr , 2016 17:15
Qəbələ - Maynts oyunu üçün Bakcell Arena hazırdır

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakının 8 km qəsəbəsində yerləşən "Bakcell Arena" Avropa Liqasının C qrupunda mübarizə aparan "Qəbələ" klubunun ilk ev oyunu üçün hazırdır. 

Bu barədə "Report"a arenanın direktoru Tələt Məmmədov məlumat verib.

O bildirib ki, arenanın ot örtüyündə bərpa işləri başa çatıb. T.İsmayılov "Qəbələ"nin oyunöncəsi son məşqini ot örtüyünün yüklənməməsi üçün Bakı Olimpiya Stadionunda keçiriləcəyini bildirib.

Qeyd edək ki, "Qəbələ" - "Maynts" oyunu sabah saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi