​"Bakcell Arena"da azarkeşlər arasında qalmaqal baş verib

​"Bakcell Arena"da azarkeşlər arasında qalmaqal baş verib İki nəfər polis tərəfindən saxlanılıb
Futbol
20 Sentyabr , 2015 23:25
​Bakcell Arenada azarkeşlər arasında qalmaqal baş verib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Xəzər Lənkəran" oyununda qalmaqal baş verib.

"Report"un məlumatına görə, hadisə hesab 1:0 “Neftçi”nin xeyrinə olarkən "Xəzər Lənkəran"ın cavab qolunu vurmasından sonra baş verib.

Belə ki, hesab bərabərləşərkən stadionda “cənublular”ın qoluna sevinənlər olub. Nəticədə meydan sahibinin azarkeşləri ilə onlar arasında münaqişə yaşanıb. İki nəfər polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi