Yuxarı

Azərbaycanlılar İsveçdə futbol komandası yaradıb

Komanda Stokholm-Neftçi adı altında çıxış edəcək

Bakı. 28 sentyabr. REPORT.AZ/ İsveçin paytaxtı Stokholmda İsveç Azərbaycanlıları Konqresi yeni futbol komandası yaradıb. 

"Report"un məlumatına görə, bu barədə azərbaycanın futbol veteranı İqor Ponomaryov jurnalistlərə açıqlamasında bildirib.

O, komandanın adının "Stokholm-Neftçi" olduğunu bildirib. 

İ.Ponomaryovun sözlərinə görə, ilk addımlarını atan komandada futbolçular üçün yaş məhdudiyyəti olmayacaq.

Komandanın hələlik İsveçin hansı liqasında çıxış edəcəyi məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi