Azərbaycanlı sabiq klub prezidenti Serbiyada dava nəticəsində güllə yarası alıb - VİDEO

Azərbaycanlı sabiq klub prezidenti Serbiyada dava nəticəsində güllə yarası alıb - VİDEO Onunla birgə komandanın keçmiş qapıçısı da olub
Futbol
14 Fevral , 2017 16:42
Azərbaycanlı sabiq klub prezidenti Serbiyada dava nəticəsində güllə yarası alıb - VİDEO

Bakı. 14 fevral. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqradda iki qruplaşma arasında baş vermiş atışma nəticəsində Azərbaycan vətəndaşı Yaşar Rüstəmov ayağından yaralanıb. "Report"un "Blic" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə yerli kafelərdən birində səhər saatlarında baş verib.

Əvvəlcə tərəflər yumruq davasına çıxıblar, sonra isə güllə səsi eşidilib. Güllə Rüstəmovun ayağına tuş gəlib. Ona atəş açanlar hadisə yerindən uzaqlaşıblar. Zərərçəkənin yanında vaxtilə Azərbaycanda qapıçı və qapıçılarla işləyən məşqçi kimi çalışmış Vladimir Miçoviçlə Vladimir Miloyeviç adlı şəxs olub. Onlar da döyülərək, başlarından yüngül xəsarət alıblar. Hazırda polis hadisəni törədənləri axtarır.

Qeyd edək ki, Yaşar Rüstəmov artıq fəaliyyətini dayandırmış "Abşeron" klubunun prezidenti olub. Vladimir Miçoviç isə həmin klubda oynayan məşqçi funksiyasını yerinə yetirib. Daha öncə isə Miçoviç "Neftçi"də qapıçı və qapıçılarla iş üzrə məşqçi kimi çalışıb. 

Son xəbərlər

Orphus sistemi