Yuxarı
    Bağlamaq

    ​Azərbaycanlı qapıçı "Ayntraxt"dan ayrılıb

    Emil Balayev 2014-cü ilin dekabrında Frankfurt klubu ilə 3 illik müqavilə bağlamışdı

    Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanlı qapıçı Emil Balayev Almaniyanın "Ayntraxt" klubu ilə yollarını ayırıb.

    "Report"un məlumatına görə, bu barədə Frankfurt klubunun idman direktoru Bruno Hübner yerli mətbuata açıqlamasında bildirib.

    O, Konstan Djakpa, Yannik Zummak və Emil Balayevlə bağlı qərar qəbul edildiyini, klubun hər üç oyunçu ilə yollarını ayırdığını deyib.

    Qeyd edək ki, sonuncu klubu "Neftçi" olan E.Balayev 2014-cü ilin dekabrında "Ayntraxt"la 3 illik müqavilə bağlamışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi