​Azərbaycanlı idman şərhçisi Rusiya telekanalından kənarlaşdırılıb

​Azərbaycanlı idman şərhçisi Rusiya telekanalından kənarlaşdırılıb Elvin Kərimov telekanalla qonorar əsasında əməkdaşlıq edəcək
Futbol
25 Yanvar , 2016 02:04
​Azərbaycanlı idman şərhçisi Rusiya telekanalından kənarlaşdırılıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanlı idman şərhçisi Elvin Kərimov "Matç TV"nin ştatından kənarlaşdırılıb.

"Report"un məlumatına görə, siyahıda Vasili Utkin, Aleksey Andronov, Kirill Dementyev, Aleksandr Yelagin və Vladislav Baturinin də adı var.

Onlar telekanalla qonorar əsasında əməkdaşlıq edəcəklər. "Matç TV"nin erməni şərhçisi Nobel Arustamyan isə ştatda qalıb.

Qeyd edək ki, "Matç TV" Ümumrusiya Dövlət Teleradio Şirkəti və "NTV-Plyus"un bazasında yaradılıb və 1 noyabr 2015-ci ildən efirdədir. Kanalın baş prodüseri Tina Kandelakidir. Elvin Kərimov 2010-cu ildən "NTV-Plyus"da futbol şərhçisi kimi çalışmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi