Yuxarı

Azərbaycanlı hakimin idarə etdiyi futbol matçında Rusiya Qananı məğlub edib - VİDEO

Baş hakimin tez-tez oyunu dayandırması diqqət çəkib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Rusiya və Qana yığmaları arasında yoldaşlıq görüşünü idarə edib.

"Report"un məlumatına görə, Moskvanın "Lokomotiv" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu 20-ci dəqiqədə Fyodor Smolnikov vurub.

Ağayev oyun zamanı bir sıra kritik qərarlar qəbul edib. Qanalı futbolçular iki dəfə topu boş qapıdan çıxardıqları zaman qol olub-olmadığı mübahisə mövzusuna çevrilib. Eyni zamanda bir epizodda qonaq komanda penalti tələb etdiyi halda, baş hakimin fiti susub.

Referinin idarəçiliyində əsas çatışmazlıq tez-tez oyunu dayandırması olub. Əvəzində o, cəmi 2 dəfə sarı vərəqəyə əl atıb. 53-cü dəqiqədə Qana millisindən Con Boye, 81-ci dəqiqədə Rusiya yığmasından Roman Zobnin cəzalanıb. 

Россия - Гана 1-0 (6 сентября 2016 г, товарищеский матч) от Независимый спорт на Rutube.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi