Yuxarı
    Bağlamaq

    Azərbaycanlı hakimlər Rusiya və Ukrayna klubları arasında keçiriləcək oyunu idarə edəcəklər

    “Dinamo” (Moskva, Rusiya) Ukraynanın Dnepr klubu ilə qarşılaşacaq

    Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan azərbaycanlı futbol hakimləri bu gün daha 6 oyun idarə edəcəklər. 

    "Report"un məlumatına görə, FİFA referisi Rəhim Həsənov Rusiya və Ukrayna klubları arasında keçiriləcək matça təyinat alıb.

    Ona yan xətt hakimi qismində Akif Əmirəli və Cəmil Quliyev yardımçı olacaq. "Dnepr" Avropa Liqasının 2014/2015 mövsümünün finalçısı olub.

    Yoxlama oyunları

    “Dinamo” (Moskva, Rusiya) – “Dnepr” (Ukrayna)

    Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev

    “Arsenal” (Tula, Rusiya) – “Şaxtyor” (Qazaxıstan)

    Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mehman Mahmudov

    “Montana” (Bolqarıstan) – “Paksi” (Macarıstan)

    Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov

    “Kaysar” (Qazaxıstan) – “İstiqlol” (Tacikistan)

    Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Elşad Abdullayev

    “Tosno” (Rusiya) – “Politexnika” (Rumıniya)

    Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Vüsal Qənbərov

    “Okjetpes” (Qazaxıstan) – “Yenisey” (Qazaxıstan)

    Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Yaşar Abbasov`

    Qeyd edək ki, hakimlərin toplanışı yanvarın 25-də başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi