Azərbaycanlı hakim-inspektor AVRO-2016-nın seçmə oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor AVRO-2016-nın seçmə oyununa təyinat alıb Asim Xudiyev Qazaxıstan - Hollandiya matçında hakimlərin işinə qiymət verəcək
Futbol
5 Oktyabr , 2015 11:57
Azərbaycanlı hakim-inspektor AVRO-2016-nın seçmə oyununa təyinat alıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev futbol üzrə AVRO-2016-nın seçmə qrup oyununa təyinat alıb. "Report"un məlumatına görə, A.Xudiyev Astana şəhərində Qazaxıstan və Hollandiya milli komandaları arasında keçiriləcək qarşılaşmanın hakim-inspektoru olacaq.

Hələlik matçın hakimləri açıqlanmayıb.

Görüş oktyabrın 10-da Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi