Yuxarı
    Bağlamaq

    Azərbaycanlı hakim Avropa Liqasının oyununu idarə edib

    Əlyar Ağayev matçda əlini cibinə bir dəfə atıb

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Ötən gün 2017/2018-ci illər mövsümündə futbol üzrə Avropa Liqası oyunlarına start verilib.

    "Report" xəbər verir ki, keçirilən 24 matçdan birini azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.

    Onun "İ" qrupu çərçivəsində fit sahibi olduğu "Viktoriya Gimaraeş" (Portuqaliya) - "Zalsburq" (Avstriya) matçı 1:1 hesabı ilə başa çatıb.

    Gimaraeş şəhərinin "Dom Afonso Enrikes" stadionunda keçirilən qarşılaşmada Ə.Ağayev 84-cü dəqiqədə meydana daxil olan "Zalsburq"un futbolçusu Lyaytqebə 90+4-cü dəqiqədə sarı vərəqə göstərib.

    Oyunda qolları Pedrau ("Viktoriya", 25-ci dəqiqə) və Berişa ("Zalsburq", 45) vurub.

    Qrupun digər matçında "Marsel" (Fransa) "Konyaspor"u (Türkiyə) 1:0 hesabı ilə məğlub edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi