Azərbaycanlı hakim Avropa çempionatının Hollandiya - İtaliya matçına təyinat alıb

Azərbaycanlı hakim Avropa çempionatının Hollandiya - İtaliya matçına təyinat alıb O, yan xətt hakimi funksiyasını yerinə yetirəcək
Futbol
17 İyul , 2018 13:34
Azərbaycanlı hakim Avropa çempionatının Hollandiya - İtaliya matçına təyinat alıb

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanlı hakim Xəyalə Əzizzadə İsveçrədə 19 yaşadək qızlardan ibarət futbolçular arasında keçiriləcək Avropa çempionatında ilk təyinatını alıb. 

"Report"un UEFA-nın saytına istinadən verdiyi məlumata görə, beynəlxalq dərəcəli hakim B qrupunun Hollandiya - İtaliya matçında yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi isveçli Tes Olofson olacaq. 

Qeyd edək ki, Hollandiya - İtaliya matçı iyulun 18-də Bakı vaxtı ilə saat 20:15-də başlanacaq. Avropa çempionatına iyulun 30-da yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi