Yuxarı

Azərbaycanlı futbolçunun "Spartak"a keçidi baş tutmaya bilər

Azərbaycanlı futbolçunun "Spartak"a keçidi baş tutmaya bilər

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya Futbol İttifaqı azərbaycanlı futbolçu Ayaz Quliyevın çıxış etdiyi "Rostov" klubuna ağır cəza verib.

"Report" qurumun saytına istinadən xəbər verir ki, İttifaq komandanın heyətinə yeni futbolçu cəlb etməsinə müvəqqəti olaraq qadağa qoyub. 

Buna səbəb "Rostov"un sabiq futbolçusu Yevgeni Makeyevə olan borcunu ödəməməsi göstərilib. Bildirilib ki, klub 29 yaşlı müdafiəçiyə borclarını ödəyəcəyi təqdirdə, bu cəza qaldırıla bilər.

Qeyd edək ki, Ayaz Quliyevlə Rusiyanın digər klubu "Spartak" yaxından maraqlanır. 22 yaşlı yarımmüdafiəçi məhz mövsümün əvvəlində "Spartak"dan "Rostov"a keçib. Bu cəzanın aradan qaldırılmayacağı təqdirdə, "Rostov" istedadlı oyunçunu komandada saxlaya bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi