Azərbaycanlı futbolçunun erməni baş məşqçinin komandasına keçidi rəsmiləşib

Azərbaycanlı futbolçunun erməni baş məşqçinin komandasına keçidi rəsmiləşib "Spartak" və "Anji" icarə şərtlərini razılaşdırıb
Futbol
20 Fevral , 2017 15:29
Azərbaycanlı futbolçunun erməni baş məşqçinin komandasına keçidi rəsmiləşib

Bakı. 20 fevral. REPORT.AZ/ Rusiyanın "Spartak" və "Anji" klubları əslən azərbaycanlı futbolçu Ayaz Quliyevin icarə şərtlərini razılaşdırıblar. 

"Report"un məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi Mahaçqala komandasında mövsümün sonunadək çıxış edəcək.

Onun anlaşması mayın 31-dək qüvvədə olacaq.

Qeyd edək ki, Ayaz Quliyev "Spartak"ın yetirməsidir. O, ilk dəfə 2013-cü ildə Moskva təmsilçisinin əvəzedici heyətində, 2014-cü ildən "Spartak-2"də oynamağa başlayıb. Quliyev 19 yaşadək futbolçular arasında 2015-ci ildə keçirilmiş Avropa çempionatının gümüş mükafatçısı olub. "Anji"nin baş məşqçisi milliyyətcə erməni Aleksandr Qriqoryandır. 

Son xəbərlər

Orphus sistemi