Yuxarı

Azərbaycanlı futbolçunu öldürən erməni idmançıya hökm oxunub

Tiqran Çiçakyan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək

Bakı. 13 iyul. REPORT.AZ/ Rusiyanın Yekaterinburq şəhər Məhkəməsində azərbaycanlı sabiq futbolçu Emil Hüseynovu qətlə yetirən qarışıq döyüş (MMA) üzrə idman ustalığına namizəd Tiqran Çiçakyana hökm oxunub.

"Report"un məlumatına görə, erməni idmançı 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Qeyd edək ki, Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində 2015-ci il aprelin 19-da ermənilərlə dava zamanı bıçaqlanıb. Hüseynov futbolçu karyerası ərzində "Neftçi", fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. "Abşeron"un da 2011-ci ildə dağılmasından sonra həmyerlimiz futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub. O, 28 yaşında ikən dünyasını dəyişib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi